Oğuzda mikroavtobus qəzaya düşüb, ölən və xəsarət alanlar var

Dec 20, 2025 - 20:56
Dec 24, 2025 - 14:06
 0  11
Oğuzda mikroavtobus qəzaya düşüb, ölən və xəsarət alanlar var

Oğuzda ölümlə nəticələnən yol qəzası baş verib.

"Report"un məlumatına görə, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun Sincan kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mercedes Vito" markalı mikroavtobus idarəetmədən çıxaraq ağaca çırpılıb.

İlkin məlumata görə, qəza zamanı 1 nəfər ölüb, daha bir neçə nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.