Oğuzda çaqqal 56 yaşlı kişiyə hücum etdi

Oğuz rayonunun Xalxalqışlaq kəndində çaqqal 56 yaşlı Nakam Muradova hücum edib. Kişi sol ayağından xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

Aprel 29, 2025 - 18:22
Aprel 29, 2025 - 18:28
 0  16
Oğuzda çaqqal 56 yaşlı kişiyə hücum etdi
Oğuzda çaqqal 56 yaşlı kişiyə hücum edib

Oğuz rayonunda kənd sakininə qarşı çaqqal hücumu qeydə alınıb.

Oguzda.Az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Xalxalqışlaq kəndində baş verib.

1969-cu il təvəllüdlü kənd sakini Nakam Muradov günorta saatlarında işdən evə qayıdarkən çaqqal hücumuna məruz qalıb. Vəhşi heyvan onun sol ayağını dişləyərək xəsarət yetirib.

Zərərçəkən dərhal Oğuz Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Ona burada ilk tibbi yardım göstərilib və quduzluq əleyhinə peyvənd vurulub.

Kənd sakinləri bildiriblər ki, bu son aylar ərzində bölgədə çaqqalların insanlara hücum halları tez-tez yaşanır. Onlar bu məsələyə aidiyyəti qurumların ciddi diqqət ayırmasını istəyirlər.