Oğuzda Baş Verən Qəzada Yaralanan Müəllimlər Barədə Yeni Açıqlama

Yol qəzası rayonun Böyük Söyüdlü kəndi ərazsində qeydə alınıb. Son durum bu xəbərdə

Aprel 10, 2025 - 18:43
Sep 7, 2025 - 10:37
 0  13
Oğuzda Baş Verən Qəzada Yaralanan Müəllimlər Barədə Yeni Açıqlama

Böyük Söyüdlü yolunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan müəllimlərin vəziyyətləri açıqlanıb.

"Aprelin 10-u saat 14:00-da baş verən yol-qəza hadisəsi nəticəsində xəsarət alan dörd nəfər (qadın cinsli) Oğuz Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım bölməsinə hospitalizasiya olunub.

Onlardan 1977-ci il təvəllüdlü şəxsə döş qəfəsinin əzilməsi, dirsək və mil sümüklərinin aşağı uclarının müştərək sınıqları, 1987-ci il təvəllüdlü şəxsə bud sümüyünün sınığı, başın açıq yarası, 1982-ci il təvəllüdlü şəxsə döş qəfəsinin, qarın nahiyəsinin beldən aşağı hissəsinin və çanağın səthi travması səthi travması, 1989-cu il təvəllüdlü şəxsə isə budun əzilməsi, boyunun digər hissələrinin səthi travması diaqnozları qoyulub, vəziyyətləri orta-ağır qiymətləndirilir.

1977 və 1987-ci il təvəllüdlü şəxslərə zəruri tibbi yardım göstərildikdən sonra müalicələrinin davam etdirilməsi məqsədilə Qəbələ Rayon Mərkəzi Xəstəxanasına, 1989-cu il təvəllüdlü şəxs isə Şəki Rayon Mərkəzi Xəstəxanasına təxliyə edilib.

1982-ci il təvəllüdlü şəxsin müalicəsi Oğuz Rayon Mərkəzi Xəstəxanasının müvafiq şöbəsində davam etdirilir", - məlumatda qeyd olunub.

Qəza zamanı xəsarət alan müəllimlərin kimliyi dəqiqləşdirilib: 

Leyla Rzayeva (sürücü, 1989-cu il təvəllüdlü), sərnişinlər Aynurə Sərkərova (1977), ⁠Nuranə Rüstəmova (1987) və ⁠Cəmalə İsgəndərova (1982). 

Qəza müəllimlərin məktəbdən çıxıb evə qayıtdıqları zaman qeydə alınıb.