Oğuzda keçirilən konsertdən qısa görüntülər

Oğuzda keçirilən Silahlı Qüvvələr Gününə həsr olunmuş konsertin video fraqmentləri – musiqi, rəqs və sevinc dolu anlar sizin üçün!

Jun 27, 2025 - 13:29
Jun 27, 2025 - 21:40
 0  8

26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə Oğuz şəhərində keçirilən “Qalib Xalqın, Müzəffər Ordusu” adlı konsert proqramı böyük maraqla qarşılandı.

Oğuz Rayon İcra Hakimiyyətinin dəstəyi və Rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə baş tutan tədbirdə tanınmış sənətçilər, musiqiçilər və bölgə sakinləri bir araya gələrək ordumuza sevgi və hörmətlərini ifadə etdilər.