Oğuzda avtomobil piyadanı vuraraq öldürüb
Oğuzda 46 yaşlı piyada Sadəddin Abdulhəmidov avtomobilin vurması nəticəsində hadisə yerində ölüb. Hadisə ilə bağlı cinayət işi açılıb
Oğuzda.Az Report-a istinadən xəbər verir ki, rayon ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun Bayan kəndindən keçən hissəsində hərəkətdə olan avtomobil piyadanı vurub.
Məlumata görə, rayonun Baş Daşağıl kənd sakini, 1979-cu il təvəllüdlü Sadəddin Tahir oğlu Abdulhəmidov yolu keçərkən avtomobil onu vurub. Nəticədə o, hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.