Oğuzda BMW Avtomobili Aşıb Qəza Nəticəsində Ölən və Xəsarət Alanlar Var

Oğuzda BMW markalı avtomobil idarəetmədən çıxaraq aşıb, nəticədə bir nəfər ölüb, iki nəfər isə xəsarət alıb.

Nov 25, 2025 - 20:45
Nov 26, 2025 - 09:48
 0  14
Oğuzda BMW Avtomobili Aşıb Qəza Nəticəsində Ölən və Xəsarət Alanlar Var
Oğuzun Böyük Söyüdlü kəndində qəzaya düşən avtomobil

Oğuzda.Az Report.Az-ın Şimal-qərb bürosunun məlumatına görə, hadisə Oğuz rayonunun Böyük Söyüdlü kəndi ərazisində qeydə alınıb. Qəza nəticəsində avtomobilin sürücüsü, rayonun Dəymədağlı kənd sakini, 1991-ci il təvəllüdlü Sakit Bayram oğlu Əzimov ölüb, digər iki nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan verilən məlumata görə, faktla bağlı cinayət işi başlanılıb və araşdırmalar davam etdirilir.

Hadisənin təfərrüatları və səbəbləri ilə bağlı daha ətraflı məlumat veriləcəkdir.