Bayanda motosikletlə avtomobil toqquşub

Oğuzda rayonu Bayan kəndində avtomobil və motosikletin toqquşması nəticəsində 63 yaşlı motosiklet sürücüsü hadisə yerində həyatını itirib

May 13, 2025 - 14:05
May 13, 2025 - 17:52
 0  7
Bayanda motosikletlə avtomobil toqquşub

Mayın 13-də Oğuz rayonun Bayan kəndində ölümlə ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə saat 10:00 radələrində qeydə alınıb.

İlkin məlumata görə, 1999-cu il təvəllüdlü Elsevər Məmmədlinin idarə etdiyi “Ford” markalı avtomobil ilə 1961-ci il təvəllüdlü Vidadi Qarayevin sürdüyü motosiklet toqquşub. Güclü zərbə nəticəsində motosiklet sürücüsü Vidadi Qarayev hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində cinayət işi açılıb və araşdırmalara başlanılıb.