Oğuzda Gəzməli Yerlər
Oğuz rayonunda gəzməli görməli yerlər axtarırsınızsa bu məqaləyə göz atmağınız tövsiyyə edilir. Məqalədə həm gəzməli görməli yerlər həmdə otel və restoranlar haqqında qısa məlumatlar qeyd olunub.
Xalxal Şəlaləsi

Oğuzda gəzməli yer dedikdə ilk ağıla gələn Xalxal şəlaləsidir. Bura hər il minlərlə turistin səyahət etdiyi ünvandır. Şəlalə rayonun Xalxal kəndində yerləşir. Burda həmçinin Farel ailəvi istirahət mərkəzi xidmət göstərir. Mərkəzdə həmçinin Otel və uşaqların əyləncəsi üçün bir çox atraksionlar mövcuddur.
Daha ətraflı: bu linkdə
Quruçay Şəlaləsi

Oğuz dağlarında yerləşən bu şəlalə 3 pillədən ibarətdir. Bu şəlaləyə yalnız piyada vəya xüsusi off-road nəqliyyatı getmək mümkündür. Quruçay şəlaləsinə getmək müəyyən qədər çətin olsa da, təbiət mənzərələrini görmək üçün buna dəyər.
Heydər Əliyev adına Park

Oğuz şəhərində yerləşən Heydər Əliyev adına İstirahət Parkı geniş imkanlara malikdir. Parkda örtülü kölgəliklər, su hovuzları və biri musiqili olmaqla beş fəvvarə qurulmuşdur. Uşaqlar üçün xüsusi əyləncə meydançası yaradılmışdır. Ərazidə 120 yerlik amfiteatr fəaliyyət göstərir və burada müxtəlif tədbirlər, o cümlədən konsert proqramları təşkil olunur. Parkda əlavə olaraq günbəz formasında 12 istirahət guşəsi də vardır. Bu məkan həm yerli sakinlər, həm də turistlər üçün ideal istirahət yeridir.
Baş Daşağıl şəlaləsi

Baş Daşağıl şəlaləsi, Azərbaycanın Oğuz rayonunun Baş Daşağıl kəndində yerləşən təbii gözəlliklərdən biridir. Bu şəlalə, dağlıq və meşəlik ərazidə yerləşərək, sərin iqlimi və təmiz havası ilə tanınır.
Ətraflı: Baş Daşağıl Şəlaləsi
Uğan Mağarası

Uğan mağarası, Oğuz rayonunun Baş Daşağıl kəndinin girişində yerləşir. Bu mağara təkcə geoloji möcüzə deyil, həm də tarix və mifologiya baxımından böyük əhəmiyyətə malikdir.
Panorama Otel

Panorama Oğuz Hotel – Oğuzda yerləşən, ailəvi istirahət üçün ideal şəraitə malik, komfortlu koteclər, yerli və Avropa mətbəxi, oyun guşəsi və təbiətə turlar təklif edən rahat oteldir.
Ətraflı: Panorama Otel
Qızılağac ailəvi istirahət mərkəzi

Qızılağac Ailəvi İstirahət Mərkəzi & Otel rayonun Padar kəndindən keçən hissəsində əsas yolun kənarında yerləşir və ailəvi istirahət üçün ideal məkandır. Restoranda milli və dünya mətbəxindən təamlar təklif olunur. Təmiz hava, təbiət mənzərəsi və mehriban xidmət müştərilərə unudulmaz istirahət imkanı yaradır.
Afra Otel

Oğuzda yerləşən Afra Oteli, müasir xidmət anlayışı ilə təbiətin gözəlliklərini birləşdirərək, ziyarətçilərə unudulmaz bir istirahət təcrübəsi təqdim edir.
Ünvan: Oghuz Azerbaijan
Əlaqə: +994554448001
Ətraflı: Afra Otel Haqqında
Elysium Hotel & Restaurant

Elysium Hotel & Restaurant - sakit və komfortlu bir mühit axtaranlar üçün ideal seçimdir. Ləziz yeməklər, balkonlu otaqlar, bağ-park və 24 saat xidmət imkanları ilə diqqət çəkir. Qısa səyahətlər üçün əlverişli, ailə və işgüzar səfərlər üçün münasib seçimdir.
Ünvan: Oğuz rayonu Caludkəndi, Oğuz 4815
Əlaqə: 051 679 79 79
LT Otel

Oğuzda yerləşən bu oteldə qiymətlər digər otellərə nisbətən ucuz ola bilər. Otel parkın,idman kompleksinin və avtovağzalın yaxınlığında yerləşir.
Ünvan: Oğuz rayonu Heydər Əliyev prospekti 1
Əlaqə: 050 590 37 73
Qaynama Restoran & Otel

Qaynama otel, özəl balkonlu 4 ulduzlu qonaqlama xidməti təklif edir. Dağ mənzərəli tətil yerində günəşləmə terası, 24 saat açıq resepşn ve bütün ərazilərdə pulsuz WiFi mövcuddur.
• Qonaqlar açıq havada yemək sahəsində yemək yeyə bilərlər
• İstirahət məkanı velosiped və avtomobil icarəsi xidmətləri də təklif edir.
• Əlaqə: 050 625 55 50 070 625 55 50