Oğuzda avtomobil qəzası baş verib

Oğuzda yol qəzası: "Nissan" avtomobili idarəetmədən çıxaraq ağaca çırpılıb. Qəza nəticəsində bir qadın ölüb, digər qadın isə xəsarət alıb.

Sep 7, 2025 - 10:35
Sep 9, 2025 - 10:46
 0  11

Oğuz rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində bir qadın dünyasını dəyişib, digər qadın isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun Oğuz rayonunun Kərimli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. İlkin məlumata görə, qadın sürücünün idarə etdiyi "Nissan" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.

Qəza zamanı avtomobildə olan sərnişin, 1994-cü il təvəllüdlü Arifə Səlimova aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində ölüb. Digər sərnişin, 1992-ci il təvəllüdlü Aygün Quliyeva isə xəsarət alıb və dərhal Qəbələ Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Məlumata görə, avtomobilin idarəetmədən çıxmasına səbəb nəqliyyat vasitəsinin qarşısına iribuynuzlu heyvanın çıxması olub.

• Faktla bağlı cinayət işi açılıb, istintaq davam edir.