Oğuzda bəy və gəlin toy günü qəzaya düşüb
Oğuzda toy günü bəy və gəlin qəzaya düşdü – salondan qayıdan bəy və iki sərnişin yol qəzasında xəsarət aldı, yaralılar xəstəxanaya yerləşdirilib.
Oğuz rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən avtoqəza baş verib.
Məlumatına görə, hadisə Sincan-Xaçmaz avtomobil yolunda qeydə alınıb.
Belə ki, 2001-ci il təvəllüdlü Emin Feyzullayevin idarə etdiyi “Hyundai” markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində sürücü və 2 sərnişin - 1981-ci il təvəllüdlü Təhminə Yusubova və 2006-cı il təvəllüdlü Mələk Feyzullayeva xəsarət alıb.
Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Məlumata görə, qəza zamanı xəsarət alan 24 yaşlı Emin Feyzullayevin bu gün toyudur. O, Xaçmaz kəndində qız toyunda iştirak etməli idi. Onlar gözəllik salonundan gələn zaman qəzaya düşüblər