Oğuzda 26 İyun – Silahlı Qüvvələr Gününə həsr olunmuş möhtəşəm konsert proqramı keçiriləcək

26 İyunda Oğuzda Silahlı Qüvvələr Gününə həsr olunmuş “Qalib Xalqın Müzəffər Ordusu” adlı konsert proqramı keçiriləcək. Bütün sakinlər dəvətlidir.

Jun 22, 2025 - 18:20
Jun 24, 2025 - 19:36
 0  8
Oğuzda 26 İyun – Silahlı Qüvvələr Gününə həsr olunmuş möhtəşəm konsert proqramı keçiriləcək

26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə Oğuz şəhərində bayram tədbiri təşkil olunacaq. Oğuz Rayon İcra Hakimiyyətinin dəstəyi və Rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə baş tutacaq konsert proqramı 26 iyun 2025-ci il tarixində saat 19:00-da, Zərifə Əliyeva adına istirahət parkında keçiriləcək.

"Qalib Xalqın Müzəffər Ordusu" adlı bu bədii proqramda milli ruhu əks etdirən çıxışlar, vətənpərvərlik mövzusunda musiqilər və maraqlı səhnələr yer alacaq. Tədbir həm qəhrəman ordumuza hörmətin ifadəsi, həm də xalqın birliyinin nümayişi olaraq dəyərləndirilir.

Konsertin aparıcısı Mehriban Qədirova olacaq.

Tədbirdə iştirak edəcək sənətçilər:

  • Aygün Cənublu
  • Ayşən Məhərrəmova
  • Əmrah & Afət
  • Sevgi Məmmədova
  • Huri
  • Günay Şəkili
  • Elnur Nuri
  • Nisə Şəkili
  • Tərlan Oğuzlu
  • Zirvə ansamblı
  • Məhəmməd Hacıoğlu
  • Alqayıt Bəhmən oğlu

Bütün Oğuz sakinləri və qonaqlar tədbirə dəvətlidir!