Padarda fermada yanğın baş verib

Oğuz rayonunun Padar kəndində yerləşən quşçuluq fermasında yanğın baş verib. Hadisə zamanı ferma sahibinə xeyli ziyan dəyib.

Aprel 21, 2025 - 13:41
Aprel 21, 2025 - 13:42
 0  7
Padarda fermada yanğın baş verib

Hadisə rayonun Padar kəndində vaş verib. Yanğın zamanı ev quşları yanaraq tələf olub.

Hadisə kənd sakini Müşfiq Dadaşova məxsus ümumi sahəsi 500 kvadrat metr olan quşçuluq fermasında qeydə alınıb.

Yanğın zamanı fermanın 250 kvadrat metr dam örtüyü, və 1 ədəd cücə yetişdirmək üçün istifadə olunan inkubator avadanlığı yanıb. Bundan başqa, 1000 ədəd yumurta və 200 ədəd cücə də yanaraq tələf olub.

Hadisə yerinə Oğuz Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb olunub, yanğın söndürülüb. Faktla bağlı araşdırma aparılır.