Oğuzda yol qəzası nəticəsində iki nəfər xəsarət alıb
Oğuzda “VAZ 2107” markalı avtomobilin ağaca çırpılması nəticəsində iki nəfər xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.

Oğuzda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər xəsarət alıb. Hadisə Oğuz-Xaçmaz avtomobil yolunda qeydə alınıb.
APA-nın Şimal-qərb bürosunun verdiyi məlumata görə, “VAZ 2107” markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində avtomobildə olan sərnişinlər — Xaçmaz kənd sakinləri Ceyhun Carı oğlu Cəlolov və Azər Osman oğlu Əhmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar dərhal Oğuz Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Şöbəsinə çatdırılıb və hazırda onların müayinəsi davam edir.
Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində araşdırma aparılır.