Bucaq kəndində şəhidlərin xatirəsinə inşa edilmiş bulağın açılışı olub
Oğuz rayonun Bucaq kənd şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə inşa edilmiş bulaq kompleksinin açılış tədbiri keçirilmişdir.

Oğuz rayon Bucaq kənd tam orta məktəbinin həyətində Bucaq kənd şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə inşa edilmiş bulaq kompleksinin açılış tədbiri keçirilmişdir.
Tədbirdə şəhid ailələri, Oğuz Rayon İcra Hakimiyyətinin əməkdaşları, Bucaq bələdiyyəsi, Bucaq kənd məktəbinin kollektivi və kənd ictimaiyyəti iştirak etmişdir. Bulağın üzərinə Bucaq kəndindən olan şəhidlərin lövhələri vurulmuşdur.